- Köhnə - Mədəniyyət
- 4 Fevral 2014 15:09
- 5 890
“Dağların əsk-sədası”nda yaşayan arzular

Layihənin budəfəki qonaqları "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid və hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıdır.
"O, ömrü boyu Əfqanıstan mövzusunda yazacaq"
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Xalid Hüseynin "Dağların əks- sədası"dan söz acır: "Xalid Hüseynin növbəti romanını - "Dagların əks -sədası"nı oxuyuram. Roman mənə "Çərpələng uçuran"ın aurasını xatırladır. Məncə o, elə ömrü boyu bu Əfqanıstan mövzusunda yazacaq. Uğurdan, oxucu marağından sui-istifadə edir" .
"İnsan məqsədinə çatandan sonra da özünü öldürür"
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, ən çox sevdiyi əsər - Cek Londonun "Martin İden"ini yenidən oxuyur:
"Gözəl əsərdir. İnsan ömrü boyu arzuladığı məqsədinə çatandan sonra, həyatda bir arzusu, problemi qalmadığı üçün özünü öldürür. Deməli, insan təkcə problemdən yox, heç bir arzu, problem qalmadığı halda da intihar edə bilər. İnsan nədən ötürüsə yaşayır, həmişə yerinə yetmədiyi arzuları olur. İnsanı məhz yaşadan bu arzulardır. Bəlkə də mənə elə gəlir".
Bahar Rüstəmli
AzNews.az