«Dərmanlar məni öldürüb, qaçıb getmək istəyirəm» «Dərmanlar məni öldürüb, qaçıb getmək istəyirəm»

Siyavuş Aslan: «Kaş Yaşar Nuri ilə görüşə biləydim»

«Dərmanlar məni öldürüb, qaçıb getmək istəyirəm»



"Mən bu mövsümdə teatra gedə bilməyəcəm. Bir az xəstəyəm. Amma ürəyimdən teatra getmək, səhnəyə çıxmaq, istədiyim obrazları oynamaq keçir. Rəhmətlik Haçıbaba, Nəsibə və mən səhnədə nələr etmədik. Kaş ki, yenə o günlər olaydı. Bilirəm ki, bir daha teatra gedə bilməyəcəm". Bunu AzNews.az-a açıqlamasında xalq artisti Siyavuş Aslan dedi.

S.Aslan xəstə yatdığı vaxtlarda aktyorların ona tez-tez baş çəkdiyini və səhhəti ilə maraqlandıqlarını bildirdi: "Akademik Milli Dram Teatrının aktyorlarından bizə gələnlər var. Onların arasında Firəngiz Mütəllimova, Mehriban Xanlarova, Nurəddin Mehdixanlı, Hacı İsmayılov da var. Füzuli Hüseynov da hərdən zəng edir. Amma Yaşarın səsinə daha çox ehtiyacım var. Eşitmişəm ki, xəstədir. Ona çox dedim, amma özünə fikir vermədi. Səhhəti ilə maraqlanmadı. Yaşar teatra lazımlı bir aktyordur. Allah ona can sağlığı versin. Bircə arzum var ki, kaş onunla görüşə biləydim".

Aktyor hazırda həkim nəzarəti altında olduğunu, müalicəsinin davam etdiyini dedi: "Dərmanlar məni öldürüb. Hərdən qaçıb getmək, yerimək istəyirəm. Oğlum məni maşınla havaya çıxardır. Baxıram, amma nə mənası".

Lalə
AzNews.az