Xocalı qurbanlarına aid kompozisiya- VİDEO

Tanınmış tarzən Humay Qədimova Xocalı soyqrımının qurbanlarına kompozisiya həsr edib.

AzNews.az xəbər verir ki, o, bu layihəni ötən gün həyata keçirib: "Bu kompazisiyanı Xocalı qurbanlarının timsalında bütün şəhidlərimizə itaf edirəm. Bunu çoxdan düşünürdüm. İldönüm günü studiyaya yollanıb axşama kimi hazır etdim. Xocalı qurbanları ildə bir dəfə deyil, hər gün bizim yaddaşımızda, ağlımızdadır. Həmin gün insan daha kədərli olur. Həmin kadrları gözümün önündə canlandırıb, kompazisiyanı lentə yazdırdım. Bir musiqiçi olaraq, bunu özümə borc bildim və istədim ki, mətbuat vasitəsi ilə bunu ictimaiyyətə də eşitdirim".

Qeyd edək ki, kədərli kompazisiyanı tarzən udda lentə alıb.



Bahar Rüstəmli
AzNews.az