Şəhriyar Türkiyədə yad edildi – Mərasim

Türkiyədə böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. AzNews.az-ın məlumatına görə, mərasim İstanbulun "Kultur A.Ş." Mərkəzində baş tutub.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun, İstanbul Böyük Şəhər Bələdiyyəsinin və Türkiyə-Azərbaycan Dərnəyinin təşkil etdiyi mərasim Şəhriyar haqqında sənədli filmin nümayişi ilə başlayıb. "Kultur A.Ş" Mərkəzinin baş direktoru Nevzat Kütük, Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşı Emma Heydərova, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, professor Məhəmmədnur Doğan, Esmira Fuad və başqaları ustad şair Şəhriyarın yaradıcılığı haqqında məlumat veriblər. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın "Məhəmmədhüseyn Şəhriyar" kitabı da oxuculara təqdim edilib.

Bahar Rüstəmli
AzNews.az