“Oda Teatrı səhnədə çıl-çılpaq soyuna biləcək aktrisa axtarır”. “Oda Teatrı səhnədə çıl-çılpaq soyuna biləcək aktrisa axtarır”.

Teatr səhnədə soyundurmağa qız axtarır – Azərbaycanda

“Oda Teatrı səhnədə çıl-çılpaq soyuna biləcək aktrisa axtarır”.




Bunu AzNews.az-a Oda teatrının rəhbəri Emin Bədəlov deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi teatr Sergey Moqlivetsin "Lütlər" əsərinə müraciət edib: "Biz bu əsər əsasında tamaşa hazırlayırıq. Tamaşada 2 aktyor iştirak edir. Bir xanım və bir oğlan. Obrazın birini mən oynayıram. İkinci, yəni xanım rolunun ifaçısı da vardı. Tamaşa hazır olanda xanım aktrisa səhnəyə çıxmaqdan imtina etdi. Ailəsi təzyiq göstərdi və gəlmədi. Halbuki aktrisa özü oynamaq istəyirdi. Bu estetik bir tamaşadır. İndi aktrisa axtarırıq bu rol üçün".



E.Bədəlov onu da bildirib ki, "lütlər" erotika deyil, estetika üzərinə qurulacaq: "Aktyorlar səhnədə lüt olsalar da, bu estetik və əsaslı yerə olacaq. Yəni tamaşanın mövzusu və yükü var. Aktyorların səhnədə lüt olması əsassız deyil. Əgər aktrisa tapılsa tamaşanı mövsüm sonuna kimi təhvil verəcəyik".
Qeyd edək ki, tamaşanın rejissoru İmam Həsənovdur.

AzNews.az