- Köhnə - Mədəniyyət
- 1 Oktyabr 2012 15:10
- 2 535
Ramil Qasımovun yeni diskində nələr var?

Ramil Qasımovun sözlərinə görə, Azərbaycan musiqisinin bütün janrları dünyanın müxtəlif ölkələrində təbliğ olunur və sevilir: "Azərbaycan romanslarını bir toplu şəklində hazırlamaqda məqsədim bu janrı Azərbaycanda və onun hüdudlarından kənarda təbliğ etməkdir".
R.Qasımov deyib ki, CD topluda Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına əməkdar Xalq çalğı alətləri orkestri, Niyazi adına simfonik orkestr, Bakı Musiqi Akademiyasının dosenti Züleyxa Bayramovanın müşayiəti ilə əsərlər lentə alınıb: "Bir zamanlar "Romans axşamı" adlanan veriliş əməkdar incəsənət xadimi, rejissor Etibar Babayevin yeni quruluşunda, yeni gənc ifaçılarla musiqisevərlərə təqdim ediləcək. Səs rejissoru Faiq Babayevdir"
Bahar Rüstəmli
Aznews.az