Müğənnimiz naziri qınadı

"Demədilər ki, səni hara çağırmışıq..."



Müğənni Kamələ Rəhimlinin 60 yaşı tamam olub. Sənətçi yubiley təəssüratını AzNews.az-la bölüşdü: "60 yaş hər adama nəsib olmur. Şükürlər olsun ki, bu günü də gördüm. Sağ olsun, həmkarlarım da məni unutmadı. "Space" TV böyük bir veriliş hazırladı. Az da olsa xəstəliyim yaddan çıxdı".

K.Rəhimli sevincli günündə güley-güzarını da unutmadı: "Mən ömrümün yarısını mədəniyyətə xidmət etmişəm. Amma bu yubileydə Mədəniyyət və Turizm Nazirliyindən bir nəfər də olsa məni təbrik etmədi. Demədilər ki, səni hara çağırmışıq ora getmisən, gecə-gündüz işləmisən, dövlət üçün çalışmısan".

Bahar Rüstəmli
AzNews.az