Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən I Avropa Oyunları ilə əlaqədar iyun ayı üçün xüsusi repertuar təşkil edib. Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən I Avropa Oyunları ilə əlaqədar iyun ayı üçün xüsusi repertuar təşkil edib.

Musiqili Teatrdan xarici qonaqlar üçün sürpriz

Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən I Avropa Oyunları ilə əlaqədar iyun ayı üçün xüsusi repertuar təşkil edib.


Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu AzNews.az-a bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə teatrın repertuarındakı bir sıra tamaşalar məhz I Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn qonaqlara – turistlərə, idmançılara keyfiyyətli xidmət göstərmək üçün ingilis dilinə tərcümə olunub.

Bu həftə də Musiqili Teatrda bir-birindən maraqlı tamaşalar nümayiş olunacaq. İyunun 18-dən başlayaraq həftəsonuna kimi 4 gün ərzində tamaşaçılara 5 səhnə əsəri – 18 iyun saat 19.00-da "Skapenin kələkləri" (J.B. Molyer), 19 iyun saat 19.00-da "O olmasın, bu olsun" (Ü. Hacıbəyli), 20 iyun saat 19.00-da "Bankir adaxlı" (E. Sabitoğlu, T. Vəliyeva), 21 iyun saat 12.00-da "Qırmızıpapaq" (E. Sabitoğlu, Y. Şvarts) və saat 19.00-da "Kimdir müqəssir?" (Ə. Haqverdiyev) təqdim olunacaq. Azərbaycan və rus dillərində oynanılacaq tamaşalar eyni zamanda əcnəbi qonaqlar üçün ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş ediləcək.

Qeyd edək ki, bir biletin qiyməti gündüz tamaşası üçün 6 manat, axşam tamaşaları üçün isə yerindən asılı olaraq 6-7-8-10 manat təşkil edir.

Bahar RÜSTƏMLİ
AzNews.az
image description image description