Teleseriallar üçün qurum yaradılacaq

"Teleseriallar üçün ayrıca qurum yaradılmalıdır". Bunu Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda istehsal olunan teleseriallarla bağlı vəziyyətə münasibət bildirərkən deyib.

Şura sədrinin sözlərinə görə, rəhbərlik etdiyi qurum yaxın zamanda bu məsələyə baxacaq: "Biz kino mütəxəssisi deyilik. Mədəniyyət və Turizm Nazirliyi bunda maraqlı olmalıdır. Ümid edirəm ki, onlar da bizə bu məsələ ilə bağlı dəstək verəcəklər".

Bahar Rüstəmli
AzNews.az