“Traviata” operasının tamaşası keçiriləcək

Oktyabrın 28-də Opera və Balet Teatrının səhnəsində İtaliya operasının ən dəyərli nümunələrindən olan C.Verdinin "Traviata" operasının tamaşası keçiriləcək.

"Traviata" operasını Qut-İmmlinq Opera sənəti festivalının bədii rəhbəri, baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcək. Alfred rolunda Rusiyanın əməkdar artisti Mixail Qubski, Jermon rolunda Gürcüstanın xalq artisti Besik Qabitaşvili, əsas partiyalardan biri-Violetta rolunda isə teatrın gənc və istedadlı vokalçısı Afaq Abbasova çıxış edəcək.

Tamaşada həmçinin xalq artisti, vokalçıların Bülbül adına I müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov (Markiz d`Obinyi) və əməkdar artist Əkrəm Poladov (Doktor Qrevil) iştirak edəcək.

Bahar Rüstəmli
AzNews.az