Turizm obyektlərinin sahibləri məhkəməyə veriləcək

Nazim Səmədov: "Səbəb, obyektlərin sənədlərinin düzgün olmamasıdır"


Lisenziyasız fəaliyyət göstərən turizm obyektlərinin sahibləri məhkəməyə veriləcək. Bu barədə AzNews.az-a mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Onun sözlərinə görə, məhkəməyə müraciət etməyin səbəbi prosesin tezləşdirilməsidir: "Hazırda ölkədə 170-dən çox mehmanxana və bu tipli obyeyklər lisenziyasız fəaliyyət göstərir.

Buna səbəb həmin obyektlərin sənədlərinin düzgün olmamasıdır. Onların sahiblərinə sənədlərini hazırlamaqlarını və nazirliyə təqdim etmələrini tapşırmışıq. Əks halda, bu məsələ, məhkəmə vasitəsilə həll olunacaq".

N.Səmədov həmçinin bildirib ki, lisenziyasız fəaliyyət göstərən mehmanxana və bu tipli digər obyektlər Xaçmaz, Quba, Zaqatala, Lənkəran və digər rayonların payına düşür. Bakıda da belə obyektlərə rast gəlmək mümkündür.

AzNews.az