Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filminin uğuru mövzusundakı reportajımızla həm də azadlıq və müstəqilik mövzumuzu davam etdiririk. “Qanlı Yanvar” filmi Monreal festivalından mükafatla dönüb. Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filminin uğuru mövzusundakı reportajımızla həm də azadlıq və müstəqilik mövzumuzu davam etdiririk. “Qanlı Yanvar” filmi Monreal festivalından mükafatla dönüb.

“Qanlı Yanvar” filmi Monreal festivalından mükafatla döndü - VİDEO

Azərbaycanın müstəqillik tarixinin şanlı və qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filminin uğuru mövzusundakı reportajımızla həm də azadlıq və müstəqilik mövzumuzu davam etdiririk. “Qanlı Yanvar” filmi Monreal festivalından mükafatla dönüb.


AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, Azərbaycanın "Qanlı Yanvar" filmi dünyanın üç ən nüfuzlu festivalından birindən - Monreal festivalından xüsusi diplomla qayıtdı və bu uğuru filmin müəllifi Vahid Mustafayev bütünlüklə Azərbaycan kinematoqrafının ayağına yazdı:

"Hesab edirəm ki, bu xüsusi diplom mənim üçün yox, bütün Azərbaycan üçündür. Azərbaycan kinematoqrafıyasının diplomudur. Fəxr edirəm ki, Azərbaycan kinematoqrafıyası belə yüksəklərə gəlib çatıb. Düşünürəm ki, "Qanlı Yanvar" filminin burada, yəni Kanadada Amerika qitəsində nümayiş etdirilməsi Azərbaycan həqiqətlərini insanlara çatdıracaq. Məhz Azərbaycan kinematoqrafıyasının burada olması çox vacib bir məsələdir".

Əlbəttə, bu sözlərdə böyük həqiqət də, müəllifin təbiətindən irəli gələn təvazökarlıq elementləri də var, amma mən başqa bir məsələdən bəhs edəcəyəm. "Qanlı Yanvar" filmi dünyaya qəhrəmanlıqları və böyük tarixi olan Azərbycanı təqdim etdi.

Müəllif hələ "Xoca" filmini çəkəndə demişdi ki, öz tanıdığı, özü gördüyü, özü iştirak etdiyi tarixi prosesləri, şəxsən əlini sıxdığı qəhrəmanları filmə gətircək və gətirir. Bu baxımdan "Qanlı Yanvar" Vahid Mustafayevin film fəlsəfəsinin eyni məntiqə və məzmuna hesablanmış davamı idi. Və sadəcə maraqlı, sadəcə dramatik, sadəcə tamaşaçı baxsın deyə çəkilmiş filmciklər və kinocığazları basıb üstündən keçən monumental bir iş idi.

Bu filmin sonunda tamaşaçının katarzisinə hesablanmış müqəddəs ideya da var idi, körpə uşaqların bənzəmək istəməsi üçün ideal da. Bu gün Azərbaycanı uzaq Kanadada adına və özünə layiq tanıdan, bu ölkə və onun insanı haqqında ilk dəfə eşidənlərə az qala vikinq cəngavərliyi təəssüratı buraxan "Qanlı Yanvar"dan sonra bəzi köhnə yanaşmalardan, bizi yazıq və aciz, zavallı və köməksiz kimi tanıdan üslub və bol materiallardan imtina etmək lazım gələcək. Çətin olacaq. Amma lazımdır. Biz aciz deyilik və heç vaxt da olmamışıq. "Qanlı Yanvar" bunu etmək istəyirdi və etdi.

Bu əcnəbi tamaşaçılara gəlin birlikdə qulaq asaq və özümüzü onların tanıdığı azərbaycanlılar kimi hiss etməyə çalışaq.

Tamaşaçı Filip Pruqs Azərbaycan tarixi haqqında çox şey bilmədiyini deyir: "Yalnız onu bilirdim ki, onlar Sovet İttifaqının tərkibində bir respublika olub. Film mənə maraqlı gəldi. Həm də kifayət qədər qanlı film oldu".

Tamaşaçı Mari Bimmens: "Məncə, bu, fantastik idi. Film bizə xəbərlərdə gördüyümüzdən fərqli müstəvidə hadisələri göstərir. Qəhrəmanları, azadlığı əldə etmək üçün çalışanları bizə göstərir. Mən cənab Lozikə də təşəkkür etmək istərdim. O, bizim üçün bu cür filmlər gətirir və biz dünyada nələrin baş verdiyini görürük".

Tamaşaçı Gi Pelan: "Bu, çox gözəl, güclü və həmçinin ağır film idi. Bu film mənə 90-cı illərin əvvəllərində baş verən tarixi hadisələr barədə informasiya verdi. Gözəl film idi, mənim çox xoşum gəldi".

Fəxr etməmək mümkün deyil. İndi təsəvvür edək. Bu filmə baxandan sonra Azərbaycanı tanıyan və ya yenidən tanıyan insanlar bizim ölkəmiz və xalqımız, onun tarixi və əxlaqi dəyərləri, böyük çətinliklər və böyük qanlar bahasına əldə etdiyi müstəqilliyi, azadlığı barədə hansı faktiki və emosional məlumatlar əldə ediblər.

Mən hələ ondan danışmıram ki, Azərbaycan hələ tam müstəqil dövlətə malik olmayan, Britaniyadan qismən asılı qalan Kanadanın tamaşaçısına öz azadlığı uğrunda vuruşmağın əsrarəngizliyi barədə gözəl bir hekayə danışdı.

Azərbaycan anşlaqla keçən iki seyr günü ərzində nə qədər əcnəbiyə öz azadlığı və müstəqilliyindən bəhs etdi, azərbaycansayağı mübarizə barədə qəhrəmanlıq dastanı təqdim etdi.

Təsəvvür edirsiniz: heç demə, elə bu əcnəbi qadına bu sözləri dedizdirməkdən ötrü düz 25 il lazımmış. Vahid Mustafayevin "Qanlı Yanvar"ı lazımmış.

Fəxr etdim. Həm dostum kimi, həm bir vətəni bölüşdüyüm vətəndaş kimi, həm də əla rejissor kimi. "Qanlı Yanvar" əslində, qısa desək, bəşəriyyətə, tarixə bir təkzib teleqramı idi. Bu teleqramın altından bütün azərbaycanlılar imza atmışdı. Bu titrlər isə həmin imzaların sadəcə kiçik qrupu idi.