Tanınmış xanəndəyə “Əməkdar artist“ adı verildi

Tanınmış muğam ifaçısı Ehtiram Hüseynov Naxçıvan Muxtar Respublikasının "Əməkdar artist" fəxri adı ilə təltif olunub.
AzNews.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.

E.Hüseynov muğam sənətinin inkişafındakı xidmətlərinə görə fəxri adla təltif olunub.