“Bu mövsümdə müraciət olunan əsərlərin heç birində rol almamışam”. “Bu mövsümdə müraciət olunan əsərlərin heç birində rol almamışam”.

“Mənə heç kim lazım deyil...” - Mehriban Xanlarova

“Bu mövsümdə müraciət olunan əsərlərin heç birində rol almamışam”.


Bunu AzNews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova bildirib.

Onun sözlərinə görə, teatrın yeni mövsümündə yeganə çıxış etdiyi tamaşa "Generalın son əmri" olub.

O bildirib ki, teatrda xoşa gəlməz ab-hava davam edir: "Azər Paşa Nemətovun gəlişi teatrın yaradıcı mühitinə müsbət təsir göstərmədi. Kimin üçünsə nəsə dəyişə bilər, mən heç nə deyə bilmərəm. Əvvəlki mühit davam edir. Mən bitərəfəm. Teatrda lazım gələn insanların cavabını verə bilirəm. Meydanda tək vuruşmağı sevirəm. Mənə heç kim lazım deyil, həmkarlarım canımdı- ciyərimdi. Amma mən vuruşa onun son nəticəsi olarsa gedərəm, nəticəsi yoxdursa getmərəm".

Aktrisa müğənni Kərim Abbasovla olan məhkəmə məsələsinin hələ ekspertizada olduğunu qeyd edib: "Məhkəmə məsələmiz hələ gedir. Ünvanıma deyilən sözlər ekspertə göndərilib. Ekspert hələ bununla bağlı rəy verməyib. Haqq yolunu tutacaq, bu məsələdən əl çəkən deyiləm".

Xatırladaq ki, Akademik Milli Dram Teatrının tanınmış aktrisası, Əməkdar artist Mehriban Xanlarova onun şərəf və ləyaqətini alçatdığı üçün müğənni Kərim Abbasovu məhkəməyə verib.

Bahar RÜSTƏMLİ
AzNews.az