Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İlyas Tapdığın səhhəti nisbətən normaldır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İlyas Tapdığın səhhəti nisbətən normaldır.

İlyas Tapdıq səhhəti barədə: “Bəlkə o zaman yaxşı olaram...”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İlyas Tapdığın səhhəti nisbətən normaldır.


Bu barədə AzNews.az-a şairin özü məlumat verib. Bildirib ki, uzun zamandır ev şəraitində müalicə olunur: "Həkimlər deyir ki, havalar düzələndə yaxşı olacaqsan. İndi mən də yazın gəlişini gözləyirəm, bəlkə o zaman yaxşı olaram, evdən harasa çıxıb gedə bilərəm".

İ.Tapdıq deyir ki, bütün günü evdə olsa da dostları onu darıxmağa qoymurlar: "Dostlarım tez-tez gəlib gedirlər. Darıxmağa qoymurlar məni. Qızım Şəbnəm də daima yanımdadır, mənə baxır, nə yaxşı ki, o, var imiş. Yoxsa mən neyləyərdim".

Qeyd edək ki, İ.Tapdıq uzun zamandır ki, səhhətində yaranmış problemlərdən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az