“Qanun” Nəşriyyatı “Təki kitab oxunsun!” şüarı altında endirim kampaniyası elan edib. “Qanun” Nəşriyyatı “Təki kitab oxunsun!” şüarı altında endirim kampaniyası elan edib.

“Qanun”dan yeni kampaniya – Kitablara 70 faiz endirim

“Qanun” Nəşriyyatı “Təki kitab oxunsun!” şüarı altında endirim kampaniyası elan edib.


AzNews.az xəbər verir ki, yanvarın 22-dən fevralın 1-ə qədər nəşriyyatda 20 adda kitaba 70% endirim olunacaq.

Məlumata görə, kampaniya fevral ayından sonra da davam edəcək və siyahıya başqa kitablar əlavə ediləcək.

Xatırladaq ki, bu siyahıda təqdim olunan kitablar tərcümə ədəbiyyatı seriyasındandır. Yaxın günlərdə, Azərbaycan ədəbiyyatı seriyasından olan kitab siyahısı da kampaniya çərçivəsində oxuculara təqdim olunacaq. Kitabların sayı məhduddur!

Hazırkı siyahını endirimli qiymətləri ilə birlikdə təqdim edirik:

1. Knut Hamsun - Aclıq - 1.17
2. Knut Hamsun - Torpağın bərəkəti - 1.92
3. Con Maksvell Kutzee - Rüsvayçılıq - 2.10
4. Con Maksvell Kutzee - Barbarları gözləyərkən - 1.65
5. Con Maksvell Kutzee - Maykl K-nın həyatı - 1.65
6. Con Maksvell Kutzee - Gənclik - 1.65
7. Filippa Qreqori - Boleyn nəslindən daha bir qız - 3.90
8. Terri Koen - Bunu sənin üçün edəcəyəm - 1.47
9. Sesiliya Ahern - Xatirələr üçün təşəkkürlər - 1.77
10. Artur Qolden - Geyşanın memuarları - 2.10
11. Ç.Beyli, F.Nibel - Mayın 7 günü - 3.00
12. Edayn Makkoy - Sevgi magiyası - 1.50
13. Corc Faletti - Mən öldürürəm - 3.48
14. Andre Morua - Tufan - 1.50
15. Milorad Paviç - İstanbulda son məhəbbət - 1.50
16. Qulamhüseyn Səidi - Top - 1.50
17. Ahmet Ümit - İstanbul xatirəsi - 4.20
18. M.İsen, A.F.Balkan, T.İşınsu - Sultanların şeirləri, şeirlərin sultanları - 2.20
19. Ə.E.Perker - Sufle - 2.10
20. Mustafa Kutlu - Uzun hekayə - 1.17