“YUĞ-un binası satılıb, üstündən də su içilib”. “YUĞ-un binası satılıb, üstündən də su içilib”.

“YUĞ-un binasını satıblar” – Rejissordan ağır ittihamlar

“YUĞ-un binası satılıb, üstündən də su içilib”.


Bunu AzNews.az-a Əməkdar incəsənət xadimi, kinorejissor Əbdül Mahmudbəyov son zamanlar YUĞ teatrının binasının sökülməsi ətrafında gedən söz-söhbətlərə münasibət bildirərkən deyib. Ə.Mahmudbəyov düşünür ki, əslində mərhum sənətkar Vaqif İbrahimoğlunun yaratdığı YUĞ teatrının fəaliyyətini dayandırıblar, lakin bunu binasının sökülməsi adı altında gizlədirlər: "Onlara ayıb olsun. Adam da ölmüş, haqq dünyasında olan biri ilə mübarizə apararmı? Bu nə əxlaq, nə düşüncədir? Çox tatrın olmasının heç bir ziyanı yoxdur. Bundan heç kimin əlinə heç nə keçməyəcək".

Ə.Mahmudbəyov Vaqif İbrahimoğlunun yaratdığı məktəbi silməyin doğru olmadığını düşünür: "Vaqif Azərbaycan teatr aləmində özünün məktəbini qoyub. Gözəl aktyor heyəti var, ən yaşlısı da 30 yaşında. Onlar hələ bundan 40 il sonra bu məktəbi davam etdirəcəklər. Bu cür davamçıları olan məktəbin fəaliyyətini dayandırmaq onu bir dəfəlik silib-süpürüb atmaq deməkdir. Biz ancaq kimisə gözdən salmaq üçün yaradılmışıq. Nə vaxta kimi bu murdar ənənədən əl çəkməyəcəyik?".

Bahar RÜSTƏMLİ
AzNews.az