“Məncə bir az təvazökar olmaq yaxşıdır” “Məncə bir az təvazökar olmaq yaxşıdır”

“Dolu” Qarabağdan bəhs edən filmlərin lideridir“

“Məncə bir az təvazökar olmaq yaxşıdır”



Kinorejissor Eldəniz Quliyevin AzNews.az-da "Xoca" filmi ilə bağlı səsləndirdiyi fikirləri millət vəkili Fazil Mustafa parlamentin son iclasında gündəmə gətirib: "İnsanın bu istiqamətdə zəhmətini sıfıra endirmək istəyirlər. Bu yanlış bir yanaşmadır. Hansı yaxşı, xeyirxah addım atırsa belə, onu mütləq qaralamalıdırlar. Bu xalqın faciəsindən film çəkilib, bunun nəyi pisdir?"

Kinorejissor, əməkdar incəsənət xadimi Hüseyin Mehdiyev isə AzNews.az-a açıqlamasında millət vəkili ilə qətiyyən razılaşmadığını bildirdi: "Mən Fazil Mustafanın fikirləri ilə razı deyiləm. Ümumiyyətlə, dünyaya yeni doğulan və cəmiyyətə təqdim olunan hər bir sənət əsəri mütləq tənqid olunmalıdır.

Tənqidi münasibətsiz mümkün deyil. Yəni, tənqid nə deməkdir? Bəlkə tənqid edən şəxs istəyir ki, Qarabağ haqqında çəkilən filmlər daha çox və keyfiyyətli olsun? Mən Fazil Mustafanı anlaya bilmirəm. Necə yəni, tənqid etməyək, kimdə nə gəldi çəksin? Sonra da çıxıb desin ki, bu filmdən yoxdur? Bu məsələnin qoyuluşu düzgün deyil. Təkcə sənətdə deyil, bütöv cəmiyyətdə tənqid olmalıdır.

Bu birmənalıdır. Amma baxır tənqid harada və kim tərəfindən olunur. Biri çox peşəkarcasına tənqid edir. Bu qəbul olunandır. Bunun qarşısını almaq düzgün deyil. Kim nə çəkirsə çəksin, o mütləq tənqid olunmalıdır. Təbii ki, əgər buna ehtiyac varsa, o mütləq tənqid obyekti olmalıdır. O ki, qaldı Qarabağ hadisələrini özündə əks etdirən filmlərə bunların sayı getdikcə artmaqdadır. Elə Bu yaxınlarda "Dolu" filimi təqdim olundu. Bunu rejissor Elxan Cəfərov çəkdi. Mənə elə gəlir ki, "Dolu" bu günə kimi Azərbaycanda Qarabağdan bəhs edən filmlərin lideridir. Müharibəni hələ belə çılpaqlığı ilə nümayiş etdirən olmayıb. Filmdə hər şey real, emosional, təsiredici, çox həqiqətlər öz əksini tapıb.

Çox yüksək səviyyəli bir filmdir. Düzdür, bu film aiditoriya üçün hesablanıb. Hətta buna rəğmən son zamanlarda çəkilən ən yaxşı filmdir. Mən heç bir filmi başqası ilə müqayisə etmirəm. Hər müəllifin olduğu kimi, hər əsərin öz yeri var. Mən "Xoca" filminə baxmamışam. Amma haqqında bəzi fikirləri eşitmişəm. Məncə bir az təvazökar olmaq yaxşıdır. Elə şeylər var ki, onu bilmədən demək düzgün deyil. O filimin müəllifləri belə bir ifadə işlədir: "Xoca" Qarabağ haqqında birinci filmdir. Necə yəni, birinci filimdir? Bununla bağlı o qədər filmlər çəkilib. Hətta bizdə Qarabağ hadisələri ilə dünya səviyyəsinə çıxacaq filmlər var."

Bahar Rüstəmli
AzNews.az