Qərara əsasən, G.Bayramlının cəzası 2 ay azaldılıb. Qərara əsasən, G.Bayramlının cəzası 2 ay azaldılıb.

Ali Məhkəmə Gözəl Bayramlının cəzasını azaltdı

Qərara əsasən, G.Bayramlının cəzası 2 ay azaldılıb.

Bu gün Ali Məhkəmədə AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, G.Bayramlının cəzası 2 ay azaldılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.(report.az)

© AzNews.az