- Mahal
- 20:09
- 867
ƏSGƏR FORMASINDA DÖVLƏT İMTAHANI VERƏN ŞƏHİDİMİZ
Fərmanov Sədi Əli oğlu 8 avqust 1968-ci ildə Laçın rayonunun Kamallı kəndində anadan olmuşdur. 1985-ci ildə orta məktəbi bitirmiş, həmin il Xankəndi Pedaqoji İnstitutunun tarix, ictimaiyyət və hüquq fakültəsinin gündüz şöbəsinə qəbul olmuşdur. II kursu bitirdikdən sonra 1987-ci ildə hərbi xidmətə getmiş və serjant rütbəsi ilə qayıtmışdır. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində) təsilini davam etdirmiş, 1992-ci ildə sonuncu kursda oxuyarkən, mayın 19-da torpaqlarımızın işğalı ilə barışmayaraq erməni qəsbkarlarına qarşı döyüşlərə yollanmış, vaxtından əvvəl əsgər formasında dövlət imtahanını vermiş və özü düşmənlə üzbəüz ağır döyüşlərdə vuruşarkən, diplomunu atasına təqdim etmişlər.
Qısa müddətdə Laçın rayonunda 4 əməliyyatda rəşadət və qəhrəmanlıq göstərən, onlarla düşmən əsgər və zabitini məhv edən, baş leytenant rütbəsi ilə təltif olunan Sədi Fərmanov 1992-ci il dekabrın 3-də Hoçaz yüksəkliyi uğurunda gedən qeyri-bərabər və olduqca ağır döyüşlərdə öz igidliyini və şücayətini düşmənin torpaqlarımızdan çıxarılmasında əsirgəməmiş, qəhrəmancasına şəhid olmuşdur.
AzNews.az