ABŞ hərbi qüvvələri razılaşmanın tam icrasına qədər İran ətrafında qalacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp Amerika hərbi qüvvələrinin İran sərhədləri yaxınlığında qalacağını bildirib.

Aznews.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında paylaşım edib.

O qeyd edib ki, ABŞ-ın hərbi gəmiləri, aviasiyası və şəxsi heyəti əlavə silah və sursatla birlikdə əldə olunan razılaşmanın tam icrasına qədər mövqelərini tərk etməyəcək.

Prezident məqsədin razılaşmaya əməl olunmasını təmin etmək olduğu vurğulanıb.