- Qanundan kənarda
- 14 Noyabr 2018 13:24
- 1 758
Rüşvət alarkən tutulan polkovnikin məhkəməsi başladı

Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.
Gömrük Komitəsinin sabiq polkovniki hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham edilərək həbs edilən Natiq İmanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Natiq İmanov Dövlət Gömrük Komitəsinin (DKG) maliyyə və təchizat idarəsinin maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı olub.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun himayəsində iki azyaşlı uşağı var.
Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.
Xatırladaq ki, bu işlə bağlı DKG məlumat yayıb.
Həmin məlumatda bildirilir, Dövlət Komitəsinin Əməliyyat-istintaq baş idarəsi və daxili təhlükəsizlik idarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.
DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və təchizat idarəsinin maliyyə şöbəsinin rəisi N.İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.(musavat.com)
© AzNews.az