“Mercedes”in vurduğu qadın hadisə yerində keçindi “Mercedes”in vurduğu qadın hadisə yerində keçindi

Yolu keçmək istəyirdi, qəza qurbanı oldu - Bakıda

“Mercedes”in vurduğu qadın hadisə yerində keçindi

Bakıda qadının ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 10-da saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Zaur Osmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məhbubə Alıyevanı vurub. Qadının xəsarətləri ağır olduğundan hadisə yerində keçinib.

Faktla bağlı Nərimanov RPİ-nin istintaq Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az