Hadisə ilə bağlı istintaq başlayıb. Hadisə ilə bağlı istintaq başlayıb.

4 yaşlı uşaq atasını güllələdi - vəziyyəti ağırdır

Hadisə ilə bağlı istintaq başlayıb.

Türkiyədə 4 yaşlı uşaq tapança ilə atasına güllə atıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Adanada baş verib.

Təqaüddə olan bir nəfərin tapança ilə oynayan 4 yaşlı oğlu Z.K. təsadüfən atası Kərim K.Y.-nı vuraraq ağır yaralayıb.

Hadisə axşam saatlarında Yürəgir rayonunun Selahattin Eyyübi məhəlləsində qeydə alınıb.

Silah səsini eşidən qonşular polisə xəbər verib. Əraziyə çox sayda polis və tibb briqadası sövq edilib.

Kərim K. ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.

Hadisə ilə bağlı istintaq başlayıb.

Babək Göyüş

© AzNews.az