3 tüfəng, 15 patron, 10 göyərçin... 3 tüfəng, 15 patron, 10 göyərçin...

Qanunsuz ov edənlər saxlanıldı

3 tüfəng, 15 patron, 10 göyərçin...

Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan AzNews.az-a bildirilib.

Belə ki, dekabrın 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev, Taleh Cəfərov olduqları müəyyən edilib.

Onlardan “MÇ-2112”, “İJ-58” və “İJ-27” markalı 3 ədəd ov tüfəngləri və 15 ədəd patron, habelə, ovladıqları 10 ədəd göyərçin quşu götürülüb.

Araşdırma aparılır.

AzNews.az