9800 manat pul alıb, ancaq nə iş görülüb, nə də pul qayıdıb... 9800 manat pul alıb, ancaq nə iş görülüb, nə də pul qayıdıb...

Bakılı qadın iranlı iş adamını necə aldatdı? - Dələduzluq cinayəti

9800 manat pul alıb, ancaq nə iş görülüb, nə də pul qayıdıb...

İranlı iş adamı Bakıda dələduzluqla üzləşib.

AzNews.az-ın məlumatına görə, iranlı Təhmasib Namin Muharramlı yasamal RPİ-nin 29-cu Polis Bölməsinə şikayət edərək bildirib ki, Nuriyyə adlı qadın ondan iş görmək adı ilə xeyli miqdarda pul alaraq aldadıb. Belə ki, bakılı qadın iş adamından İrana gümüş zinət əşyaları vurmaq adı ilə 9800 manat pul alıb. Ancaq nə iş görülüb, nə də pul qayıdıb.

Faktla bağlı polis bölməsinə təhqiqat araşdırmalarına başlanılıb, qadının izahatı alınıb. əgər qadının cinayət əməli sübut olunarsa ona qarşı cinayət məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanacaq.

AzNews.az