Prokuror onların birinə 14 il, ikisinə 13 il, birinə 12 il, birinə isə 7 il cəza istəmişdi... Prokuror onların birinə 14 il, ikisinə 13 il, birinə 12 il, birinə isə 7 il cəza istəmişdi...

“Lotu Quli”nin adamları yenidən məhkəmə qarşısında

Prokuror onların birinə 14 il, ikisinə 13 il, birinə 12 il, birinə isə 7 il cəza istəmişdi...

Kriminal aləmdə “Lotu Quli”nin adamları kimi tanınan 5 nəfərdən ibarət dəstənin apellyasiya məhkəməsi baışlayıb.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunana şəxslərin məhkəmə prosesinə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov sədrlik edəcək.

Xatırladaq ki, ötən il oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Rafət Əlibayramski" kimi tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla birgə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası başa çatıb. Məhkəmənin hökmü ilə K.Əmirov, İ. İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

R.Əmirova ittiham olunduğu Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə bəraət verilib.

Belə ki, prokuror Orxan Kəngərli çıxışında K.Əmirovun 14 il, R.Əmirovla R.Kərimovun hər birinin 13 il, E.Hüseynovun 12 il, İ.İbrahimovun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.

R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır.

Daha sonra onun barəsində aparılan istintaq dövründə onunla cinayət iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb.

Xatırladaq ki, Rüfət Əmirov "Rafet Əlibayramlinski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşıdır. "Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov "Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.

Azər
AzNews.az