Maşın qaçıran yeniyetmə saxlanıldı

"Sürmək üçün qaçırmışdım"

Sabunçuda iki avtomobil qaçıran yeniyetmə saxlanılıb.

DIN-dən AzNews.az-a verilən məlumata görə, Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus “Hundai” markalı avtomobilin evinin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib. Dərhal Şöbədə araşdırmalara başlanılıb hadisə yerinə baxış keçirilib və qeyd edilən oğurluq hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 2004-cü il təvəllüdlü İ.H saxlanılıb. O, ifadəsində avtomobili talama məqsədi ilə yox, sürmək üçün qaçırdığını bidirib.

Araşdırma zamanı saxlanılan şəxsin dekabr ayının 16-da Balaxanı qəsəbəsində yaşayan Elvin Xeyrullayevə məxsus “Opel” markalı avtomobili qaçırdığı da məlum olub.

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

AzNews.az