Məlum olub ki, qəza baş verən zaman... Məlum olub ki, qəza baş verən zaman...

2 nəfəri öldürən “Range Rover”li polisin məhkəməsi başladı

Məlum olub ki, qəza baş verən zaman...

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

AzNews.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, X.Məmmədovun himayəsində iki azyaşlı uşaq var.

Hazırlıq iclasında vəkil Əli Hüseynov da daxil olmaqla, digər vəkillər - Eldəniz Quliyev və Elnur Quliyev X.Məmmədovun günahsız olduğunu qeyd ediblər.

Məhkəmə baxışı yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Azər
AzNews.az