5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib

Bazarda həmyerlisini bıçaqlayana hökm oxundu

5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda tanışını bıçaqlamaqda təqsirləndirilən İlkin Novruzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabr ayında Şabranın mərkəzində yerləşən bazarda baş verib. 1992-ci il təvəllüdlü İ.Novruzov tanışı 1996-ci il təvəllüdlü Elməddin Əmiraslanovla aralarında yaranan şəxsi münasibətlər zəminində mübahisə edib. İ.Novruzov tanışına bir neçə bıçaq zərbəsi vurub.

İyirmi iki yaşlı E.Əmiraslanov Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində İ.Novruzov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Azər
AzNews.az