Rza Zərrab mənə iki dəfə təcavüz etdi - 63 yaşlı amerikalı

"Nə qədər inad etsəm də, o, istədiyinə nail ola bilirdi".

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rza Zərrabın Metropolitan həbsxanasında bir müddət birlikdə eyni otağı bölüşdüyü Faozi Jaber adlı şəxsə təcavüz etdiyi idda olunur.

Zərrab vəkili Robert Anello ilə çıxdığı məhkəmədə iddiaların gerçək olmadığını deyib.

63 yaşlı Faozi Jaber Rza Zərrabla birlikdə olduğu günləri əsl kabus adlandıraraq deyib: “Mən yaşlı və xərçəng xəstəsi bir insanam. 63 yaşım var, nə qədər inad etsəm də, o, istədiyinə nail ola bilirdi. İki dəfə mənə təcavüz edib. Etibarım, şəxsiyyətim zədələnib”.

Rza Zərrab fevralın 13-dək öz müdafiəsini məhkəməyə təqdim edəcək.

Nigar CƏFƏR

AzNews.az