75 yaşlı qadını zorlayan şəxs kimdir? - Dəhşətli cinayətin təfərrüatı

Əvvəl oğurluq etmək istəsə də, evə girəndə fikrindən daşınıb...

Həmyerlisi olan 75 yaşlı qadını zorladığına görə 8 il azadlıqdan məhrum edilən Xaçmaz rayon sakini azad olunmaq üçün məhkəməyə müraciət edib.

AzNews.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə məhkum olunan Muxtarov Osman Qüdrət oğlunun məhkəmə prosesinə Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov sədrlik edəcək.

Xatırladaq ki, dəhşətli cinayət hadisəsi 2011-ci ildə qeydə alınıb. Həmin ilin sentyabr ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsində 75 yaşlı qadını zorlamaqda təqsirli bilinən Xaçmaz rayon Mollabürhan kənd sakini, 43 yaşlı Osman Muxtarovun məhkəməsi başa çatıb. Hakim İlqar Murquzovun sədrliyi ilə O.Muxtarov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 43 yaşlı Osman Muxtarov 75 yaşlı həmkəndlisi Sonanı (adı şərtidir) zorlayıb. Belə ki, qadının çoxlu qızıl və pulunun olduğunu bilən Osman gecə vaxtı içkili vəziyyətdə onun evinə gəlib. İlk əvvəl fikri oğurluq olsa da, sonradan 75 yaşlı qadına tamah salıb və onu zorlayıb. Osman ilkin ifadəsi zamanı cinayəti içkili olduğuna görə törətdiyini deyib.

Azər
AzNews.az