Ramil Usubov rəisləri bir yerə yığdı - Eksklüziv

DİN-də Kollegiya iclası keçirilir

Hazırda Daxili İşlər Nazirliyində 2018-ci ilin yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilir.

AzNews.az-ın məlumatına görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, habelə insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O da qeyd olunub ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər keçən ilin ötən dövründə də bütövlükdə qənaətbəxş olub, əvvəlki dövrlərin müsbət təmayülləri daha da inkişaf etdirilib.

Azər
AzNews.az