75 yaşlı kişi 9 yaşlı qız uşağına təcavüz etdi - mağazada

Uşaq xəstəxanaya yerləşdirilib.

Türkiyənin İsparta şəhərində 75 yaşlı mağaza satıcısı 9 yaşlı qıza təcavüz edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İspartanın Yalvaç kəndində yaşayan, evli və 4 uşaq atası 75 yaşlı Ü.Fahrettin oğluna kömək üçün mağazaya gedib.

O, mağazanı oğlundan təhvil aldıqdan sonra içəri T.N adlı 9 yaşlı qız uşağı gəlib.

Ü.Fahrettin əvvəlcə ona şokolad verib, daha sonra isə mağazanın qapısını bağlayaraq təcavüz edib.

T.N evə gedərək bu hadisəni anasına danışıb. Onun anası polisə zəng edərək şikayət edib. Polis Ü.Fahrettini saxlayıb. O, bunların şər olduğunu deyərək etdiyi əməli boynuna almayıb.

Polis mağazadaki təhlükəsizlik kamerasını incələməyə götürüb.

9 yaşlı T.N xəstəxanaya yerləşdirilib.

Nigar CƏFƏR

AzNews.az