Qəsdən adam öldürməyə cəhd ittihamı... Qəsdən adam öldürməyə cəhd ittihamı...

Ailəli olan bacısının başqa kişi ilə münasibətini bilib…- Təfərrüat

Qəsdən adam öldürməyə cəhd ittihamı...

Bakının Xətai rayonunda bacısını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Niyaməddin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzNews.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.

Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlum olub ki, Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibətindən xəbər tutub və bu səbəbdən onu bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Azər
AzNews.az