Saxlanılanın əvvəllər məhkum olunduğu bildirilir Saxlanılanın əvvəllər məhkum olunduğu bildirilir

Gözəllik salonundan 8000 manat oğurlandı

Saxlanılanın əvvəllər məhkum olunduğu bildirilir

Bakıda Nərimanov rayonunda F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçlar oğurlanıb.

Daxili İşlər Nazirliyinin AzNews.az-a verdiyi məlumata görə, bununla bağlı 17-ci Polis Şöbəsinə müraciət daxil olub. Faktla bağlı müvafiq araşdırmalar aparılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

AzNews.az