Ər və arvadın birgə nikahından iki övladı var. Ər və arvadın birgə nikahından iki övladı var.

Dəhşət: Bakıda ərini qaz balonu ilə döyüb öldürən qadının görüntüləri yayıldı - VİDEO

Ər və arvadın birgə nikahından iki övladı var.

Bakıda ərini qətlə yetirən qadının fotosu yayılıb.

AzNews.az xəbər verir ki, qadının fotosu "Səni axtarıram" verilişində yayımlanıb. Belə ki, qətlə yetirilən 29 yaşlı Nazimin anası oğlunun öldürülməsində onun qayınanasını da ittiham edib. O bildirib ki, oğlunun ölümündə təkcə onun həyat yoldaşı Tünzalə iştirak eməyib. Buna görə də o, oğlunun qayınanasının da həbs edilməsini tələb edib.

Xatırladaq ki, hadisə 2017-ci il noyabrın 7-də Sabunçu rayonunda yaşayan Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsində özünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib.

İki körpə anası olan Tünzalə Vəliyeva ərinin onu hər gün döydüyünü bildirib: “Nazimin evə çox vaxt içkili gəlməsindən bezmişdim, məni hər gün döyürdü, təhqir edirdi. Həmin gün də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım".

T.Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir qolu sınıb və gipsdə imiş. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.

Məlumata görə, hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.

Xatırladaq ki, ər və arvadın birgə nikahından iki övladı var.

Aynur

AzNews.az