Azərbaycana gələn pakistanlı turistlər həmyerlilərinə işgəncə verdikləri üçün saxlanılıblar. Azərbaycana gələn pakistanlı turistlər həmyerlilərinə işgəncə verdikləri üçün saxlanılıblar.

Pakistanlılar Bakıda dalaşdılar

Azərbaycana gələn pakistanlı turistlər həmyerlilərinə işgəncə verdikləri üçün saxlanılıblar.

Pakistan vətəndaşları – 1988-ci il təvəllüdlü Jabar Aslam, 1991-ci il təvəllüdlü Sabir Aslam və 1995-ci il təvəllüdlü Sonia Sabir Bakıda kirayə evdə qalıblar. Onlar həmin hosteli idarə edən Pakistan vətəndaşı Zahher Umairi aviabilet alması üçün sərf etdiyi 2140 ABŞ dollarını geri qaytarmaq adı ilə müvəqqəti yaşadıqları evə dəvət ediblər. Orada Zahher Umairin bədəninin müxtəlif nahiyələrinə dəmir tava ilə vurub, əl və ayaqlarını skoçla bağlayıb üzərində olan 500 manat pulu, plastik kartını və “Samsung” markalı telefonunu götürüblər.

Hadisəni törətməkdə şübhəli bilinən 3 Pakistan vətəndaşı saxlanılaraq Yasamal RPİ-yə aparılıblar.(qafqazinfo.az)

AzNews.az