Bakıda obyektlərə qənim kəsilən oğrular saxlanıldı - FOTOLAR

Bakıda 15 obyektdən oğurluq edən şəxslər saxlanılıb

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb.

Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq etdiklərini etiraf ediblər.

Xətai RPİ-də saxlanılan şəxslərin ətraflarında aparılan əlavə əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq doqquz mağazadan, iki həyətyanı sahədən və üç saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurladıqları məlum olub.

AzNews.az

image description image description image description image description