Ərini bıçaqlayan qadın məhkəmə qarşısında

Məhkəmənin baxış iclası mayın 20-nə təyin edilib

Gəncə Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlamaqda təqsirləndirilən G.İsmayılovanının cinayət işi üzrə məhkəmə başlayıb.

Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Gəncə şəhərində baş verib. Şəhər sakini İ.İsmayılov ailə münaqişəsi zəminində həyat yoldaşı G.İsmayılova ilə mübahisə edib. Mübahisə zəminində G.İsmayılova ərini bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.(report.az)

AzNews.az