“Türmədə pis maddə ilə yatmısan” dedi, bıçaqlandı

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə şahidlər dindirilib

Bakı Ağır Cinayətllər Məhkəməsində iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elşən Hüseynovun məhkəməsi keçirilib.

Hakim Əhməd Quliyevin icraatında olan prosesdə şahidlər dindirilib.

Tural Hüseynov ifadə verərək deyib ki, Bakıda kəpric zavodunda fəhlə işləyiblər: “İş yoldaşlarımızla oturub yeyib-içdik, sonra hamı getdi. Otaqda Elşənlə mən qalmışdım. Daha sonra Altay gəlib Elşənlə mübahisə etdi, ardınca da ona boşqab atıb “sən türmədə pis maddə ilə yatmısan” dedi. Bundan sonra mübahisə qızışdı, Altay dava vaxtı yenə Elşənə “hansı maddə ilə yatmısan?” deyə soruşdu. Bu vaxt Elşən onu bıçaqlayaraq “bu maddə ilə yatmışam” deyib getdi. Biz də həkim çağırdıq”.

Şahid T.Hüseynov E.Hüseynovun əvvəllər hansı maddə ilə məhkum olunduğunu məhkəmədə açıqlamayıb: “Deyiləsi deyil, mən deyə bilmərəm”.

Zərərçəkən Altay Zəki-zadə isə şikayətçi olmadığını, E.Hüseynzadəni bağışladığını deyib.(qafqazinfo.az)

AzNews.az