Bakıda naməlum şəxslər evə basqın ediblər Bakıda naməlum şəxslər evə basqın ediblər

Bakıda evə basqın oldu - Kişi öldürüldü, həyat yoldaşı yaralandı

Bakıda naməlum şəxslər evə basqın ediblər

Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib.

İki nəfər naməlum şəxs 1979-cu il təvəllüdlü Araz Sofiyev və həyat yoldaşı Rəna Sofiyevanın yaşadıqları evdə hücum edib.

Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Naməlum şəxslər evdən 5000 ABŞ dolları aparıblar.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az