- Qanundan kənarda
- 10 İyul 2019 14:28
- 2 829
Xırdalanda cibgir tutuldu

470 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb
Xırdalanda cibgir tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Xırdalan şəhərinin ərazisində Bakı şəhər sakini R.Əlicanovun cibindən 470 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Məmmədov saxlanılıb.
AzNews.az