Onun məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub Onun məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub

Bakıda narkotik alverçisi tutuldu - FOTOLAR

Onun məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini əvvəllər məhkum olunmuş Ceyhun Mütəllimzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, ona məxsus qəsəbə ərazisində yerləşən bağ evinin həyətindəki ümumi sahəsi 400 kvadratmetr olan istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən çəkisi 630 kiloqram olan 550 ədəd çətənə kolu aşkar edilib.

C. Mütəllimzadə ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Əlavə axtarış zamanı C. Mütəllimzadəyə məxsus istixanadan 2 kiloqram 400 qram qurudulmuş marixuana, elektron tərəzi və bir ədəd “BSM-121 Stranser” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.

AzNews.az

image description image description image description