Proses avqustun 1-də davam edəcək Proses avqustun 1-də davam edəcək

Sabiq MTN generalı kassasiya şikayətini geri götürdü

Proses avqustun 1-də davam edəcək

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Natiq Alıyev və iş üzrə zərərçəkmiş Əliyev İlqar Nəriman oğlunun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə adıçəkilən şəxslərin kassasiya şikayətini geri götürdükləri elan edilib.

İş üzrə zərərçəkmiş şəxs İ.Əliyevin nümayəndəsi şikayətini geri götürmədiyi üçün proses avqustun 1-də davam edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general-mayor Sübahir Qurbanov 14 il,il, Füzuli Əliyev 14 il, Natiq Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi isə onların şikayətlərini təmin etməyib.(report.az)

AzNews.az