Lakin ora çatanda kişinin intihar etdiyini eşidib Lakin ora çatanda kişinin intihar etdiyini eşidib

Sevgililər intihar etdi, heç kəs dəfnə gəlmədi - Beyləqanda dəhşət

Lakin ora çatanda kişinin intihar etdiyini eşidib

Beyləqanda dəhşətli hadisə baş verib. Ərinə sevgilisi ilə xəyanət edən qadın intihar edib.

Rayonun Birinci Şahsevən kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, həmin hadisədən sonra evli qadınla yataqda tutulan kişi də öz evində intihar edib:

“Qadın uşaq bağçasında aşbaz işləyirdi. Deyilənə görə əri onu qonşu kənd sakini ilə yataqda tutub. Qadın hadisədən sonra ata evinə gedib və orada intihar edib. Əri onu öldürmək adı ilə arvadı ilə birlikdə yaxaladığı kişinin ardınca gedib. Lakin ora çatanda kişinin intihar etdiyini eşidib. Bütün bunlardan sonra qadının əri arvadının daha bir kişi ilə münasibəti olduğunu öyrənib. Mübahisə zamanı həmin kişi həqiqəti etiraf edib. Qadının əri həmkəndlisinin qulaqlarını kəsib. Hazırda o, ağır vəziyyətdə xəstəxanadadır”.

Kənd sakinləri qeyd edib ki, intihar edən sevgililər müxtəlif qəbristanlıqlarda dəfn olunub: “Onlar ayrı-ayrı kəndin sakinləridir. Ən dəhşətlisi isə kənd sakinlərinin ailəli qadınla yataqda tutulan kişinin dəfn mərasiminə gəlməməsidir”.

Bahar RÜSTƏMLİ

AzNews.az