O, bu anları sosial mediada canlı yayımlayıb O, bu anları sosial mediada canlı yayımlayıb

Polisin “Dayan!” xəbərdarlığını eşitməyən reper öldürüldü

O, bu anları sosial mediada canlı yayımlayıb

Amerikalı Brian J. Quinoses polisin xəbərdarlığını eşitməyib və öldürülüb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Minneapolis şəhərində avtomobili ilə hərəkət edən reper Brian J. Quinoses qırmızı işıqda keçib.

Polis anons verərək avtomobili kənarda saxlamağı tələb edib. O isə polisdən qaçmağa başlayıb və bu anları sosial mediada canlı yayımlayıb.

Nəhatət, qaça bilməyəcəyini anlayan reper əlində bıçaqla avtomobildən aşağı düşüb. Polislər bıçağı yerə atmasını istədikdə Brian buna əməl etməyib. Nəticədə ona 5 dəfə atəş açılıb.

Brian hadisə yerində həyatını itirib. Kamera da həmin vaxt çalışıb və insidenti qeydə alıb.

Mehri QURBANOVA

AzNews.az

image description