Hadisə ötən ilin noyabr ayında Ramana qəsəbəsində baş verib Hadisə ötən ilin noyabr ayında Ramana qəsəbəsində baş verib

Bakıda yeznəsinə yeddi bıçaq vuran şəxsə hökm oxundu

Hadisə ötən ilin noyabr ayında Ramana qəsəbəsində baş verib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, B.Yaqubov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova yeddi bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

B.Yaqubova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. (oxu.az)

AzNews.az