Hadisə zamanı xəsarət alanlardan üçü xəstəxanaya çatdırılıb Hadisə zamanı xəsarət alanlardan üçü xəstəxanaya çatdırılıb

Bakıda yeniyetmələr arasında dava düşdü - Üç nəfər yaralandı

Hadisə zamanı xəsarət alanlardan üçü xəstəxanaya çatdırılıb

Nərimanov rayonunda dava düşüb, xəsarət alanlar var.

Hadisə Ə.Orucəliyev küçəsində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Orxan Əmirli, 2004-cü il təvəllüdlü Tural Dadaşov, 2001-ci il təvəllüdlü Ruslan Məmmədov və 2003-cü il təvəllüdlü Elmir Mövludov bir-biriləri ilə əlbəyaxa dava edib. Hadisə zamanı xəsarət alanlardan üçü xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.(apa.az)

AzNews.az