"Bütün bunları nəzərə alaraq Baş Prokurorluq və DİN-ə etdiyim şikayəti geri götürürəm" "Bütün bunları nəzərə alaraq Baş Prokurorluq və DİN-ə etdiyim şikayəti geri götürürəm"

Arzuman Abdulkərimov Fuad Qəhrəmanlı ilə bağlı müraciətini geri götürdü

"Bütün bunları nəzərə alaraq Baş Prokurorluq və DİN-ə etdiyim şikayəti geri götürürəm"

Hilal təşkilatının sədri Arzuman Abdulkərimov AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının ailəsinə qarşı etdiyi zorakılıqla bağlı hüquq-mühafizə orqanlarına etdiyi müraciəti geri götürüb. Bu barədə məlumatı Arzuman Abdulkərimov öz facebook hesabında paylaşıb. Paylaşımı təqdim edirik:

“Dəyərli dostlar!

Bildiyiniz kimi, bu günlərdə AXCP sədrinin müavini( artıq keçmiş) Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasının ailədə onlara (anasına, bacısına və özünə) qarşı kobud və aqressiv (şiddət) davranışı ilə bağlı cəmiyyəti təəccübləndirən açıqlama vermişdi. İlk öncə Fuad Qəhrəmanlı bu fikirlərin yalan olduğunu desə də, sonradan etiraf etmək məcburiyyətində qaldı və bu hadisəyə görə AXCP sədrinin müavini postundan istefa verdiyini elan etdi.

Buna qədər isə, mən şəxsim adına bu məsələnin ictimai yükünü nəzərə alaraq hadisənin araşdırılması barədə Baş Prokuror, Daxili İşlər Naziri və Ombudsmana müraciət etdim. Müraciətim cox ciddi şəkildə mzakirə olundu və Fuad Qəhrəmanlı cəmiyyətin müxtəlif təbəqələri tərəfindən kəskin şəkildə tənqid olundu. Əgər belə demək mümkünsə bu məsələni gündəmə gətirməklə mən hədəfimə (hədəfim bu məsələnin geniş ictimai qınağa gətirilməsi idi) çatmış oldum. Düşünürəm ki, gələcəkdə baş verə biləcək bu kimi hadisələrin qarşısının alınmasına az da olsa töhfə vermiş oldum.

Bütün bunları nəzərə alaraq Baş Prokurorluq və DİN-ə etdiyim şikayəti geri götürürəm. Ombusmana etdiyim şikayəti isə qüvvədə saxlayıram. Çünki gələcəkdə bu hadisələrdən sığortalanmaq üçün məsələnin İnsan Haqları üzrə Müvəkkilin duqqətində olmasınl istəyirəm. Düşünürəm ki, bu qurum cəmiyyətdə məişət zorakılığının qarşısının alınması üçün maarifləndirmə işlərini daha da genişləndirməli, seminarlar və tədbirlər təşkil etməlidir.

Son olaraq isə hər kəsə ailə xoşbəxtliyi arzulayıram!”

AzNews.az